• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 819
— 21.08.2018 13:10

Gödəkcəsində gizlətdiyi siqaretlər aşkarlandı

KepezTV Player

Gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçiriblər. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb. "Opel Vectra" markalı nəqliyyat vasitəsinə baxışdan öncə sürücü sorğu-sual olunub. O, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd siqaret aşkar olunub. Fakt üzrə araşdırma aparılır.