• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 21.08.2018 13:13

Dövlət sərhədini pozmağa cəhd edən şəxs saxlanıldı

KepezTV Player

“Şəmkir” sərhəd dəstə­sinin xidməti ərazisində külli miqdarda pi­ro­texniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qar­şısı alınıb. Gürcüstanla dövlət sərhədində Ehram çayı­nın axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Baxış zamanı 14 ədəd fişəng, 1960 ədəd pirotexniki vasitə, 85 ədəd mobil telefon qutuları aş­kar olunub. Göytəpə sərhəd dəstəsinin xidməti əra­zisində isə Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zas­tavasının xidməti ərazisində Azərbaycandan İran istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub. Dərhal keçirilən əməliy­yatla 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı onun İran vətən­da­şı 48 yaşlı Kəfafi Qasım Mə­həmməd ol­duğu aydınlaşıb. Faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.