• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 21.08.2018 13:03

İki maşın toqquşdu, 4 nəfər yaralandı

KepezTV Player

Lənkəranda baş verən yol qəzasında isə 4 nəfər xəsarət alıb. Hadisə Ələt-Astara magistral yolunun rayonun Şiləvar kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini 28 yaşlı Rəhman Ağazadənin idarə etdiyi “Niva“ markalı maşın Lənkəran rayon Digah kənd sakini 30 yaşlı Röyal Həsənovun sükanı arxasında olduğu “Wolksvagen”lə toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəzanın səbəblərinin araşdırılması üçün avtotexniki ekspertiza təyin olunub.