• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 20.08.2018 15:54

ADAU-da İsrailin "Netafim" şirkətinin müasir suvarma sisteminin quraşdırılması layihəsinin müzakirəsi aparılıb

KepezTV Player

Heydər Əliyev Fondunun dəstəyi ilə ADAU-da İsrailin "Netafim" şirkətinin müasir suvarma sisteminin quraşdırılması layihəsinin müzakirəsi aparılıb. Rektor İbrahim Cəfərov ali təhsil ocağında həyata keçirilən layihələr, o cümlədən “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə yalnız dövlət sifarişli və ödənişsiz əsaslarla mütəxəssis hazırlığının mövcud vəziyyəti barədə məlumat verib. Tədris və elmi-tədqiqat məqsədilə müasir suvarma sisteminin quraşdırılmasının vacibliyi barədə danışıb. İbrahim Cəfərov quraşdırılacaq sistemin universitetdə mütəxəssis hazırlığının səviyyəsinin daha da yüksəldilməsinə, bunun aqrar sahənin kadr təminatına böyük töhfə verəcəyini qeyd edib. İsrailli nümayəndələr layihənin mahiyyəti, texniki-iqtisadi göstəriciləri barədə ətraflı məlumat veriblər.

Avital Rosenberg İsrailin Azərbaycandakı Səfirliyinin birinci katibi:İsraillə Azərbaycanın çox gözəl münasibətləri var. Bu gün Gəncəyə səfərimizin əsas məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaratmaqdır. Bu layihə vasitəsilə kənd təsərrüfatı sahəsində yeni mütəxəssislərin yetişəcəyinə, eyni zamanda  suvarma sistemində böyük addımlar atacağımıza inanırıq”.

İlya Krasnoşekov “Netafim” şirkətinin nümayəndəsi:Nümayiş olunan layihə ilə tələbələr aqronomik aspektdən hidravlik hesablamanı, yeni texnologiyalarla tərəvəz sahələrində, meyvə bağlarında, istilik təsərrüfatlarında uğurlu nəticələr əldə etməyi öyrənəcəklər. Bu sahə indi çox aktualdır. Hazırda Azərbaycanda kənd təsərrüfatı çox güclü inkişaf edir. Layihə tələbələrə imkan yaradacaq ki, əldə etdikləri bilikləri mütəxəssislərlə birgə öz ölkələrində tətbiq etsinlər.Dünyada bir çox sahələrdə təbiət resursları, xüsusilə su çatmır. Belə yerlərdə resurslara qənaət ediləcək. Az sərfiyyatla böyük nəticələr əldə olunacaq.