• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 20.08.2018 15:48

Qazaxda daha bir bağça binası yenilənib

KepezTV Player

Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra qapılarını balacaların üzünə açıb. Sözügedən tərbiyyə müəssisəsi bu il rayonda sayca yenilən 5-ci körpələrlər evi-uşaq bağçasıdır. Açılış mərasimində çıxış edənlər son iki ildə Qazaxda 2 yeni körpələr evi-uşaq bağçaısnın inşa olunduğunu 11 tərbiyyə müəssisəsini  isə əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıblar. Bu yenilənəb bağçalardan 3-ü cəbhəyanı kəndləri əhatə edib. Bunlar Quşçu Ayrım, Bala Cəfərli, Canalı kənd uşaq bağçalarıdır. Çıxışlarda bağçaların ərzaq təminatınada toxunulub. Bu sahədə vəziyyətin qənaətbəxş olduğu diqqətə çatdırılıb. Bağçada tərbiyə alan körpə fidanların ifasında rayonda görülən işləri özündə əks etdirən səhnəciklərin nümayişi ilə rəsmi hissəyə yekun vurulub. 95 yerlik körpələr evi-uşaq bağçasında iki böyük, iki orta və bir kiçik olmaqla, 5 qrup fəaliyyət göstərir. Yeni bağça müasir avadanlıqlarla eləcədə bərk və yumşaq inventarla tam təchiz olunub. Bağçada kolletivin günün  tələbləri səviyyəsində fəaliyyət göstərməsi və gələcək nəslin sağlam ruhda böyüməsi üçün tibb otağı, musiqi kabineti və digər zəruri imkanlar yaradılıb. Binanın məişət qayğılartının həlli üçün qazanxana və anbar inşa edilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində atraksionlar quraşdırılıb. Qazax rayonunda ümumilikdə 25 bağça fəaliyyət göstərir. Bu tərbiyyə müəssisələrində 1100-ə yaxın uşaq tərbiyyə alır.

Natiq Hüseyn