• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2254
— 20.08.2018 14:03

Avtomobildə gizlədilmiş mobil telefonlar və kəsici alətlər aşkar edilib

KepezTV Player

Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib. Həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone" X markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.