• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 17.08.2018 15:27

Gəncəçay Park Bulvar Kompleksində “Təmiz bulvar, təmiz Gəncə” adlı layihəyə başlanılıb

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gəncəçay Park Bulvar Kompleksi pilot layihə olaraq bulvarın girişində plastik tullantıların yığılması üçün konteyner quraşdırıb. Layihəyə 1 həftədir başlanılıb və plastik qabların digər məişət tullantılarından ayrılaraq çeşidlənib toplanması, təkrar emal müəssisələrinə yönləndirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində bulvarın ərazisində yerləşən “Əli və Nino” heykəlinin və bayraq meydanının ətrafında iməcilik də keçiriləcək. Bakı, Sumqayıt, Mingəçevir, Şabran Zaqatala və Lənkəranda da bu tip konteynerlər quraşdırılıb. Analoji layihənin digər şəhər və rayonlarda da reallaşdırılması planlaşdırılır.

Mehman Nəbiyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri: Artıq ölkəmizdə plastik qablaşdırma tullantılarının ixtisaslaşmış təkrar emal müəsisələri özəl qrumlar formalaşmışdır. Onlar bu tullantılardan xammal kimi ikinci istifadə üçün istifadə edirlər. Bu kantenerə toplanan həmin tullantılar həmin emal müəsisələrinə yerli qrumlar tərəfindən yönləndiriləcək.

Rüstəm Bağırov - "Gəncəçay" Park Bulvar Kompleksinin rəisi: Bu layihədə gənclərimiz çox diqqətə yanaşırlar. Layihədə 15 nəfər bizə kömək etdi. Park Bulvar idarəsi olaraq biz artıq yeni bir layihə də star vermişik. Layihəyə bu bazar başlayacağıq. Layihənin əsas funksiyası odur ki, Gəncəçayının sağ və sol hissəini təmiz saxlayaq. Bu bazar günü bütün gənclər bizə dəstək olacaq və inanıram ki, biz böyük nailiyyətə nail olacağıq.

Məleykə Ələkbərova – sakin :Özüm xaricdə oxuduğum üçün orada da belə qutular görürəm. Gəncəmizin də inkişaf elədiyi üçün çox sevinirəm. Belə qablar çox yerdə olsa daha yaxşı olar.

 

Elnur Vahidoğlu