• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 17.08.2018 15:22

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib

KepezTV Player

Gənclər və idman naziri Azad Rəhimov Göygöldə Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib. Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti sahəsini əhatə edən müraciətlər səsləndirilib. İdman sahəsi üzrə qaldırılan məsələlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s.-lə bağlı olub. 20-yə yaxın vətəndaşın qaldırdığı məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidəyyəti üzrə yönləndirilməsi üçünü qeydiyyata alınıb.

 

Xaliq Qurbanlı