• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 17.08.2018 15:03

Gəncəli cüdoçu Avropa kuboku yollanıb

KepezTV Player

Sabah Belarusun paytaxtı Minskdə cüdo üzrə açıq Avropa Kuboku start götürəcək. Yarışda iştirak edəcək millimizin heyətində Gəncə cüdo məktəbinin yetirməsi İlkin Babazadə də tatami üzərinə çıxacaq. Nizami yurdunun təmsilçisi Avropa Kubokunda 66 kq çəkidə mübarizə aparacaq. Gənc cüdoçu turnirdə özünü yaxşı tərəfdən göstərəcəyi halda yığmanın əsas heyətinə düşmək şansı əldə edə bilər. İlkin Babazadə yeniyetmələrin yarışında Avropa Kubokunun qalibi adını qazanıb. O, böyüklər arasında da bu uğuru təkrarlamaq niyyətindədir.