• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1922
— 17.08.2018 13:44

İrandan gələn Azərbaycan vətəndaşında narkotik vasitə aşkarlanıb

KepezTV Player

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu zaman vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib. Xatırladaq ki, bu narkotik vasitə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.