• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 17.08.2018 13:53

Həyətində çətənə əkən keçmiş məhkum saxlanıldı

KepezTV Player

Göygöldə narkotik tərkibli bitkinin əkib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Göygöl şəhəri ərazisində əməliyyat tədbirləri keçiriblər. Səbuhi Hacıyev küçəsi, 62 ünvanında 67 yaşlı Xanlar Rzayevin yaşadığın evin həyətyanı sahəsinə baxış olub. Orada xüsusi aqrotexniki qaydada becərilən çətənə kolları aşkarlanıb. Ümumi çəkisi 16 kq olan 6 ədəd kol polis əməkdaşları tərəfindən götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkini şəxsi istifadəsi üçün əkib-becərdiyini deyib. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Məlumata görə, Xanlar Rzayev əvvəllər də məhkumluq həyatı yaşayıb.