• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 17.08.2018 13:28

Yanğında bir nəfər xəsarət aldı, 3 nəfər təxliyə olundu

KepezTV Player

Xəsarətlə nəticələnən daha bir yanğın hadisəsi Ağdaşda qeydə alınıb. FHN-dən verilən məlumata görə, rayon ərazisində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb, 3 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.