• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 17.08.2018 13:44

Evdə yanğın oldu, bir nəfər xəsarət aldı

KepezTV Player

Cəlilabadda evdə yanğın olub, nəticədə bir nəfər xəsarət alıb. Alov rayonun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə meydana gəlib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində evin birinci mərtəbəsində aynabəndin tavanı və döşəməsi yanıb. Hadisə zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi alovdan mühafizə olunub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.