• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 17.08.2018 13:43

Kişi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildi

KepezTV Player

Paytaxtda ağır cinayət törədilib. Kişi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Hadisə Xəzər rayonu Binə qəsəbəsi "Südçülük sovxozu" adlanan ərazidə baş verib. Məscidin qarşısında 35 yaşlı Orucəli Xanzadənin hələlik adı istintaqa məlum olmayan şəxslə mübahisə düşüb. Bu zaman naməlum şəxs Xanzadəyə çoxsaylı bıçaq zərbələri vuraraq hadisə yerindən qaçıb. Şahidlər əraziyə təcili tibbi yardım çağırıblar. Ağır yaralı Orucəli Xanzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi və tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.