• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 16.08.2018 16:03

Medalçılar arasında Gəncə məktəblərinin məzunları da var

KepezTV Player

Ötən tədris ilində respublikanın orta ümumtəhsil müəssisələrini bitirən şagirdlərdən 185 nəfəri qızıl, 38-i isə gümüş medala layiq görülüb. Medalçılar arasında Gəncə məktəblərinin məzunları da var.  Onlardan 4-ü qızıl, 2-si isə gümüş medal alıb.

Selcan Məmmədli qızıl medalçı: Birinci yaz imtahanın da 676 bal toplamışdım. Ancaq daha yüksəyinə nail ola bilərdim deyə ikinci yay imtahanınada hazırlaşdım. Ən yüksək nəticə əldə etdim, 700 bal topladım. Təbii ki, bu uğurum da məktəbimin və valideynlərimin çox böyük rolu var.

Selcan Məmmədli İsrafil Məmmədov adına Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin məzunudur. O, beçinci sinifdən bu məktəbdə yaradılan xüsusi istedadlılar sinfində oxuyub. Selcan Gəncə təhsilində ilk dəfə olaraq üçüncü qrup üzrə 700 bal toplayıb və ADA Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olub.

Mahir Məmmədov Selcanın atası: “Bu onun uşaqlıq arzusudur. O beşinci altıncı sinifdən həmişə deyirdi hüquqşünas olacam. Bu sahədə ədəbiyyatlar əlavə tarixi oxuyurdu. Bu nəticə bizi çox sevindirir, həvəsləndirir. Mən ibtidai sinifdən başlayaraq Selcana dərs deyən bütün müəllimlərə təşəkkürümü bildirirəm.

Kəmalə İsgəndərova Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin direktoru: Oxuduğu illər ərzindı sırf əla qiymətlərlə oxuyub. Doqquzuncu sinfi də fərqlənmə atestatı ilə bitiribdir. 10-11-ci sinifdə də bütün fənlərdən illik əla olubdur. Buraxılış imtahanında da üç fəndən beş alıb. Həmdə Selcan Respublika fənn olimpiadasının Azərbaycan dili fənni üzrə bürünc mükafatçısıdır.

Qızıl medal alanlardan Fidan Əkbərova da 27 nömrəli məktəb-liseyin məzunudur. Digər iki qızıl medalçı 17 nömrəli məktəb və 26 nömrəli məktəb-lisey kompleksini bitirib. Gümüş medal alanlar isə Gəncə şəhəri 39 nömrəli məktəb və 26 nömrəli məktəb-lisey kompleksinin məzunlarıdır.

 

Elnur Vahidoğlu