• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 16.08.2018 15:43

Daşkəsəndə 9 yaşayış məntəqəsinin 3 mindən artıq sakininin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq

KepezTV Player

Yol Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun, 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. 24.5 kilometrlik yolun hərəkət hissəsinin eni 6 metrdir. Torpaq işləri bitən hissələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Layihə çərçivəsində 1 körpünün tikintisi, yol boyu suötürücü qurğuların inşası da aparılır. Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun təmiri yük və sərnişin daşınmasını asanlaşdıracaq, kənd təsərrüfatı məhsullarının bazara rahat şəkildə çıxarılmasına, bölgədə turizmin inkişafına imkan yaradacaq.

Elxan İsmayılov sakin: Əvvələr bu yol çox bərbad vəziyyətdə idi. Bizim Əmirvar kəndindən rayon mərkəzinə qədər olan məsafə 17 km-dir. Bu məsafəni 1 saata qaət edirdik. İndi çəkilən bu yol əhalinin güzaranına yaxşı təsir edəcəkdir, mal-qaranın, kənd tsərüüfatı məhsullarının bazara çıxarılmasına, eyni zamanda əhalinin kəntdən şəhərə getməyi üçün yaxşı şərait olacaqdır.

Əli Bəndəliyev sakin: Bu yollar çox pis gündə idi. İnsanlarımız bu yoldan istifadə edəndə çox çətinliklərlə üzləşirdi. Sağolsunlar gəliblər bizim üçün asfalt yol çəkirlər.

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisinin yaxın müddətdə yekunlaşdırılması nəzərdə tutulur.