• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 16.08.2018 17:34

Narkotik qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstə tutuldu

KepezTV Player

Dövlət Sərhəd Xidməti tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb.

İran vətən­daşı, Maku şəhər sakinləri Qasımzadə Həsən və Həsənzadə Həmid sax­lanılıb, onların ərazi­də gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram meta­fitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul et­mək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı avtomobildə Bakı şəhər sakinləri Günay Həbibullayeva, Mir­tağı Mirnağıyev və İran vərəndaşı İsa Niari saxlanılıblar. Qadının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Niarinin Bakı şəhərində yaşadığı evə keçirilmiş baxış zamanı 100 qram heroin aşkar edilib.Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitə­lərin satışının təşkilatçısı Ağcəbədi rayon sakini Hümmət Əli­yev saxlanılıb, onun mənzilindən 1 ədəd göz­yaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həb­ləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.