• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 16.08.2018 13:50

Qəzalar ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Bakının Xətai rayonunda sərnişin avtobusu azyaşlını vuraraq öldürüb. Hadisə Gəncə prospektində qeydə alınıb. Bakı şəhər sakini Şüriyyə Həsənov idarə etdiyi “İsuzu” markalı vatobusla  62 saylı xətt ilə hərəkətdə olan zaman yolu keçən paytaxt sakini, azyaşlı Aygün Binnətovanı vurub. ağır xəsarətlər alan uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aygün Binnətova xəstəxanada dünyasını dəyişib. Qəzanı törədən sürücü Şüriyyə Həsənov polis tərəfindən saxlanılıb.

Saatlıda 1 nəfərin ağır bədən xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayonun Şirinbəy kənd sakini, 29 yaşlı Pərviz Məmmədov “FORD” markalı ərzaq daşıyan maşınla hərəkətdə olarkən anidən idarəetməni itirib,nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilmiş FHN-ni xilasediciləri tərəfindən maşında sıxılmış vəziyyətdə qalan Pərviz Məmmədov çıxarılaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktlarla bağlı araşdırma aparılır.