• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 15.08.2018 14:57

Gəncədə ilk dəfə məktəbəqədər hazırlığa sənəd qəbulu elektron qaydada həyata keçirilir

KepezTV Player

Bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. Gəncə şəhərində də ilk dəfə bu tədris ilində məktəbəhazırlıq qrupuna gedən uşaqların sənədləri elektron qayda da həyata keçirilir. Bunun üçün Gəncə şəhər təhsil idarəsi ilə yanaşı şəhərin 10, 16, 25, 27 və 32 nömrəli tam orta məktəblərin də alternativ qəbul mərkəzləri fəaliyyət göstərir. Yeni tədris ilində Gəncə şəhəri üzrə 46 orta ümmumtəhsil məktəbindən 44-də məktəbəhazırlıq qrupu olacaq. Bu təhsil müəsisələrinin 17-i rus bölməsi, 27-i isə Azərbaycan bölməsidir. Ümumilkdə isə şəhər üzrə 141 sinifdə məktəbəhazrılıq qruplarında uşaqlara dərslər keçiləcək.  Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.  Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatır.

Yasin Məmmədov - Gəncə şəhər Təhsil İdarəsinin əməkdaşı – “Valideyn və şagirdin  şəxsiyyət vəsiqəsinin pin kodunu yazaraq mobil telefonu və ya komputer vastəsi ilə mektebeqebul edu az saytına girib qeydiyyatdan keçə bilər. Tam azaddır. Qeydiyyatdan keçən zaman hansı məktəbi seçirsə səhifədə açılır. İstənilən məktəbi, istənilən sinfi, istənilən müəllimi seçə bilir”.

Səidə İsgəndərova - valideyn – “Sahəm 4 nömrəli məktəbdir. Uşağımı da rus bölməsinə ora yazdırmışam. Sənədi də nə lazımdır heç bir problem olmadan məktəbə vermişəm. İndi gəlmişəm, belə bir qərar çıxıb ki, elektron qaydada sənədlər verilir. Biz sənədimizi vermişik  uşaqda oktyabırın 1-dən hazırlığa getsin”.

Elnur Vahidoğlu