Gömrükçülər daha bir uğurlu əməliyyat keçiriblər. Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili yoxlama-baxış sistemindən keçirilib. Bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Türkiyə vətəndaşının idarə etdiyi "Renoult" markalı yük nəqliyyat vasitəsinə təkrar baxış zamanı, gömrük orqanına bəyan olunmayan 63 ədəd qaz balonu aşkar olunub. Fakt araşdırılır.
- Baxış: 601