• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2181
— 15.08.2018 12:50

Həyətində çətənə kolları əkən şəxs saxlanıldı

KepezTV Player

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində əməliyyat-axtarış tədbirləri keçiriblər. 59 yaşlı Qubad Nağıyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Orada kultivasiya üsulu ilə yetişdirilən çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bu bitkini şəxsi istifadəsi üçün əkib-becərdiyi deyib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində cinayət işi açılıb, Qubad Nağıyevin əməlinə hüquqi qiymət verilməsi üçün istintaq tədbirləri adavm etdirilir.