• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 15.08.2018 12:53

Kafedə baş verən kütləvi davada bir nəfər bıçaqlandı

KepezTV Player

Paytaxın Nəsimi rayonu ərazisində bıçaqlanma olub. Fakt "3-cü mikrorayon dairəsi" adlanan ərazinin yaxınlığındakı kafelərdən birində qeydə alınıb. Müştərilər arasında kütləvi dava baş verib, həmin vaxt kafedə olan 35 yaşlı Bəhruz Babayev onları sakitləşdirmək istəyib. Bu zaman dava edənlərdən biri Babayevi söyüb. Dalaşanları ayırmaq istəyən Bəhruz özü də onlara qoşulub. Naməlum şəxslərdən biri üzərindəki bıçaqla Babayevin kürək və qol nahiyyəsinə zərbələr endirib. Daha sonra həmin şəxslər ərazidən qaçıblar. Hadisə barədə Bəhruz Babayevin qardaşına xəbər verilib. Yaralı qardaşının köməyilə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. İki bıçaq xəsarəti olan Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir. Polis davada iştirak edənlərin kimliyini araşdırır. Faktla bağlı cinayət işi açılıb.