• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 14.08.2018 16:43

Yunan-Roma güləşçiləri qarşıdan gələn yarışlara Göygöldə hazırlaşırlar

KepezTV Player

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığması Göygöldə təlim-məşq toplanışındadı. Klassiklər yerli Olimpiya İdman Kompleksində oktyabrda keçiriləcək dünya çempionatına hazırlaşırlar. Avqutun 4-dən başlayan toplanışda Türkiyə komandası da iştirak edir. Hazırlığa komandamızın əsas heyət üzvləri – Elvin Mürsəliyev, İslam Abbasov, Rafiq Hüseynov, Həsən Əliyev, Sabah Şəriəti kimi bir çox nüfuzlu yarışların mükafatçıları qatılıblar. Ayın 19-da başa çatacaq təlim-məşq toplanışında güləşçilər əsasən fiziki çalışmalar üzərində işləyirlər.

Orxan Cəfərzadə