Bu günə xəbərlərin oxunma sayı: 969
— 14.08.2018 16:41

Gəncədə su pulunu ödəməyən abonentlərə xəbərdarlıq edildi

KepezTV Player

Sərf etdikləri suyun pulunu ödəməyən abonentlər daha çox şəhərin Dədə Qorqud küçəsi, Nizami prospektindəki çoxmərtəbəli binaların, Gülüstan və Yeni Gəncə  yaşayış massivlərinin sakinləridir.  Avqustun əvvəlindən həmin abonentlərlə maarifləndirici söhbətlərın aparılması, su pulu bildirişlərinin təqdim edilməsi üçün Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətinin əməkdaşları  gücləndirilmiş iş rejiminə keçiblər. Borclu abonentlər isə onların üzünə qapı açmaq belə istəmirlər.

110 manat suya borcu olduğu üçün biz hər dəfə gəlirik, abonent bizi görür amma qapını açmır.

Şöhrəddin Verdiyev "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin direktor müavini: Əlbəttə ödəniş aparmadıqda bizim də maliyyə çətinliklərimiz yaranır. İdarənin xərcləri var ki, bizdə onda çətinlik çəkirik. Abnentlərdə su təchizatını bizdə dayandırmaq istəməzdik. Amma yeri gəldikdə yəqin su təchizatının dayandırılması qaçılmaz olar.

Gəncədə su və kanalzasiyadan istifadə edən 67 min 421 abonent var. Onlardan 21 mininin mənzilinə su sayğacı quraşdırılıb. Abonentlər ay ərzində 5 kub suyun sərfinə görə 2 m 25 qəpik pul ödəməlidir.

 

Elnur Vahidoğlu