Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			14.08.2018 13:26		
		36 yaşlı qadın qida zəhərlənməsindən dünyasını dəyişdi
KepezTV Player
					  
					  					  				Salyanda 3 uşaq anası qidadan zəhərlənərək dünyasını dəyişib. Hadisə rayonun Yenikənd kəndində baş verib. Kənd sakini, 36 yaşlı Gülnar  Məmmədova Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Mərhumun xəstəxanaya aparılmasına səbəb onun bir neçə gündür ozün pis hiss etməsi, xüsusən qusma hallarının intensiv şəkildə qeydə alınması olub. Yaxınlarının verdiyi məlumata görə, mərhum qarpız və pomidor yedikdən sonra səhhətində problem yaranıb. Gülnar Məmmədovanın ölümünün əsl səbəbi məhkəmə tibbi-ekspertizanın rəsmi rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 810

