• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 13.08.2018 18:24

Yaşayış evində yanğın olub

Şəmkirdə yanğın hadisəsi olub. Olay şəhərin Qara Qarayev küçəsində Sədaqət Qasımovaya evdə baş verib. Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb olunub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində ev və ətraf ərazilər alovdan mühafizə olunub. Ancaq ümumi sahəsi 100 kv metr olan çardağın təxminən 40-50 kv metri və mətbəx qismən yanıb, əşyalara ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.