• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 13.08.2018 15:19

Qərb bölgəsində vahid mərkəzlərdə vergiödəyicilərə göstərilən xidmətlərin sayı artıb

KepezTV Player

Vergiödəyicilərə şad xəbər. Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən mərkəzlərdə vətəndaşlara göstərilən xidmətlərin sayı artırılıb. Artıq vergiödəyicilər həmin mərkəzlərdə 60-dan çox xidmətdən yararlana bilirlər.

12 saylı Ərazi Vergilər Departementinin Goranboy, Naftalan şəhərləri üzrə 1, Gəncə şəhəri üzrə isə 2 Xidmət Mərkəzi vergiödəyicilərin ixtiyarındadır. Səhər saat 9-dan axşam 6-dək vətəndaşlar fasiləsiz şəkildə müvafiq xidmət üzrə növbə bileti götürməklə vaxt itirmədən vergi müfəttişlərinə yaxınlaşa bilərlər.

Şəhriyar Hüseyinov - baş dövlət vergi müfəttişi: Goranboy rayon Vergi Ödəyicilərinə Xidmət Mərkəzində 27 iyul 2010-cu il tarixli təsdiq olunmuş xidmət təşkili qaydalarına əsasən, bütün xidmətlər həyata keçirilir. Burada fiziki şəxsin qeydiyyatı, vergi ödəyicilərinin fəaliyyətinin dayandırılması, bərpası, hesabatların göndərilməsinə köməklik olunması və sair.

Xidmət mərkəzlərində vergiödəyicilər üçün iki özünəxidmət kompüteri yerləşdirilib. Bu isə müştərilərin çox olduğu müddətdə vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır. Bundan əlavə, “Yaşıl dəhliz” vasitəsilə şəffaf vergi partnyoru olan vergiödəyicilərə növbədənkənar xidmətlər göstərilir.

Xidmət mərkəzlərinə daxil olan müraciətlər əsasən vergi borcunun öyrənilməsi, asan imza sertifikatının alınması, vergi uçotu, bəyannamələrin, vergi hesabatlarının tərtib edilib online qaydada göndərilməsi, VÖEN-lərin alınması ilə bağlı olur.

Orxan Məmmədov - vergiödəyici: Vergi borcumla bağlı gəlmişdim, məlumat verdilər, razı qaldım.

Üzeyir Ənvərli - vergiödəyici: “Vergi xidmətinin bərpası və dayandırılması ilə bağlı müraciət etmişdim. Xidmət səviyyəsindən razı qaldım”.

Fiziki şəxsin qeydiyyatı prosesi artıq vergi orqanına getmədən, 1 iş günü ərzində həyata keçirilir. Müvafiq ərazilərdə yerləşən Xidmət Mərkəzlərinin digər üstünlüklərinə gəlincə...

Emin Vəliyev - Dövlət vergi müfəttişi: Naftalan şəhəri Gəncə şəhərində yerləşən bizim departamentdən məsafə cəhətdən uzaqdı, təzminən 1 saat yarımlıq yoldu. Naftan şəhərinin sakinləri və yaxınlıqda yaşayan vətəndaşlar vaxta qənaət edəreək müvafiq mərkəzlərə müraciət edib, suallarına cavab tapa bilərlər.

Ödəyicilər Xidmət Mərkəzinin vergi müfəttişlərinə qiymətləndirmə sistemi vasitəsilə səs verməklə, göstərilən xidmətdən razı və ya narazı qaldıqlarını da bildirə bilərlər.