• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1847
— 13.08.2018 14:52

“Kəpəz”dən növbəti heç-heçə

KepezTV Player

Yeni mövsümə hazırlıq çərçivəsində “Kəpəz” ikinci yoxlama oyununa çıxıb. Gəncəlilər bu dəfə də “Turan Tovuz”un  qonağı olublar.  İlk oyunda olduğu kimi, yenə 2:2 hesablı bərabərlik qeydə alınıb. Birinci hissədə "sarı-göylər"dən Elcan Rəhimovun cərimə zərbəsindən qapıya göndərdiyi "yumşaq mərmi" rəqib oyunçu İlkin Sadıqova dəyərək tora düşüb. Bundan sonra fəallaşan meydan sahibləri 2 top vuraraq hesabda irəli keçməyi bacarıblar. Ancaq sonadək mübarizə aparan Nizami yurdunun təmsilçisi axıra yaxın ilk qolda böyük payı olan Elcan Rəhimovun baxımlı vuruşu sayəsində məğlubiyyətdən yaxa qurtara bilib.

 

Orxan  Cəfərzadə