• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 13.08.2018 13:09

İki maşın toqquşdu, 3 nəfər yaralandı

KepezTV Player

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə Ələt-Astara magistralının 79-cu kilometrliyində - rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. Hacıqabul sakini 62 yaşlı Həsən Ağarəhimovun idarə etdiyi “Toyota” markalı avtomobil Salyan rayon sakini, 57 yaşlı Məhəmməd Manafovun idarə etdiyi “Mersedes” markalı maşınla toqquşub. Qəza nəticəsində “Toyoto”nun sürücüsü və həyat yoldaşı, Hacıqabul sakini, 61 yaşlı Simuzər Ağarəhimova, eləcə də “Mersedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəzanın səbəbləri araşdırılır.