Təmiz hava" aylığı çərçivəsində növbəti reyd Lənkəranda keçirilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə reydi nəqliyyatın sıx olduğu küçələrdə aparılıb. Xüsusi avadanlıq vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Nasaz, atmosferi həddindən artıq çirkləndirən nəqliyyat vasitələrini idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Bununla yanaşı reyddə ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sürücülük hüququ olmadan avtomobil idarə edən, avtomaşınlarda konstruksiya dəyişikliyi edən və digər ciddi qayda pozuntularına yol verən sürücülər də müəyyən edilib və barələrində protokol tərtib edilib.
- Baxış: 551