• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1482
— 09.08.2018 13:28

Avtoxuliqanlıq edən 3 sürücü saxlanıldı

KepezTV Player

Paytaxtın Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avtomobil hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə təhlükəli vəziyyət yaradıb. “Təhlükəsiz şəhər” kameralarının köməyi ilə qeydə alınan fakt üzrə avtomobillər müəyyən olunub və xətanın xüsusatları Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində araşdırılıb. Toplanan materiallar Binəqədi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “VAZ 21-06” markalı maşınla taksi fəaliyyəti ilə məşğul olan 24 yaşlı Rəhim Rəhimli, “VAZ 21-06” markalı avtomobili idarə edən, Abşeron rayon sakini 22 yaşlı Vüsal Nəbiyev və 29 yaşlı Beyləqan sakini, “Daewoo - Gentra” markalı maşının sürücüsü Cəlil Mehdiyev cəzalandırılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati həbs tətbiq edilib.