Şabranda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 3 sürücü barəsində inzibati qaydada protokollar tərtib edilib. Şabran Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdiyi reydlərin məqsədi yol hərəkəti qaydalarını pozan sürücüləri aşkara çıxararaq, onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir. Rayonun Məmməd Əmin Rəsulzadə küçəsində keçirilən reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, nəqliyyat vasitəsini yolun hərəkət istiqamətinin əksinə idarə edən, eləcə də polisin saxla əmrinə tabe olmayan sürücülərə rast gəlinib.
Şabranda yol hərəkəti qaydalarını pozan sürücülərlə yanaşı nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması məqsədi daşıyan “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib Reyd zamanı ümumilikdə, 30-dan çox avtomobil fərdi qaydada yoxlanılıb. Atmosfer havasını çirkləndirən 10 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib. Yoxlamaya cəlb olunan nəqliyyat vasitəsi sahiblərinin və sürücülərin nəzərinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.
- Baxış: 756