• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 09.08.2018 13:17

Sərxoş sürücü qəza törətdi

KepezTV Player

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Kiş kəndində qeydə alınıb. Kənd sakini İlqar Abdulhəmidov idarə etdiyi "Zil" markalı avtomobili yolun kənarına aşırıb. Hadisə zamanı sürücünün sərxoş vəziyyətdə olduğu bildirilir. Xoşbəxtlikdən İlqar Abdulhəmidov qəzadan yüngül xəsarətlərlə xilas ola bilib. Ona Şəki RMX-da ilkin tibbi yardım göstərlib və ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.