Bu günə xəbərlərin oxunma sayı: 1282
— 09.08.2018 13:34

Yol qəzasında iki nəfər öldü

KepezTV Player

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi iki nəfərin ölümünə səbəb olub. Balaxanı qəsəbəsi ərazisində 26 yaşlı Kamran Muradovun idarə etdiyi "Tofaş" markalı avtomobil divara çırpılıb. Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü və sərnişini 30 yaşlı Ziya Dövlətov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişib. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.