Bu günə xəbərlərin oxunma sayı: 958
— 08.08.2018 14:57

Ülviyyə Fətəliyeva Ümumdünya Şahmat Olimpiadasına yollanacaq

KepezTV Player

Sentyabrın 23-dən oktyabrın 7-dək Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Yarışa kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları da qatılacaq. Zəriflərin heyətində Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva da yer alacaq. Mütəmadi olaraq milliyə dəvət alan Fətəliyevaya məşqçilər  korpusunun etimadı böyükdür. Xatırladaq ki, gəncəli şahmatçı 2 il əvvəl Bakıda keçirilmiş Şahmat Olimpiadasında da yığmanın tərkibində olub. O, şəxsi yarışlarda beynəlxalq turnirlərin mükafatçısı, Avropa birinciliyinin qalibi adını qazanıb.

 

Orxan Cəfərzadə