• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 08.08.2018 13:19

Qəzalarda ölən və yaralananlar var

KepezTV Player

Avtomobillərin toqquşması, sürücünün yaxud piyadanın diqqətsizliyi. Səbəbləri müxtəlifdir. Amma ortada olan nəticə birdir. Kimi canından, kimi sağlamlığındanm olub. Ölkədə yaşanan yol-nəqliyyat hadisələri barədə videomaterialımız var, izləyək.

Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Ələt-Astara magistral yolunda hərəkətdə olan “Mersedes” markalı avtomobilə eyni markalı digər avtomobil arxadan çırpılıb. Nəticədə "Mercedes" markalı avtomobillərdən birinnin sürücüsü, Lənkəran şəhər sakini,47 yaşlı Bəxtiyar Əzizov hadisə yerində ölüb. Qaradağ rayon sakini 35 yaşlı Xəyal Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Daha bir qəza Qazax rayonunda olub. Hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində baş verib. Kənd sakini, 51 yaşlı Azad Abbasov naməlum avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb. Bakının Nərimanov rayonunda da yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb. Qəza metronun Nəriman Nərimov stansiyasının yaxınlığında yaşanıb. 27 yaşlı Yunis Yusifov yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçib, bu zmaan onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.