• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 07.08.2018 14:28

Gəncəli tatami ustası İlkin Babazadə Minskdə keçiriləcək cüdo üzrə açıq Avropa Kubokunda iştirak edəcək

KepezTV Player

Yarış avqustun 18-də start götürəcək. Gənc cüdoçu 66 kq çəkidə güləşəcək. 36 ölkədən 400-ə yaxın idmançının qatılacağı Avropa Kubokunda Nizami yurdunun təmsilçisi yığma komandanın əsas medal ümidlərindən sayılır. İlkin Babazadə Gəncə cüdo məktəbinin perspektivli idmançılarından biridir. O, yeniyetmələr arasında Avropa Kubokunun qalibi olub.

 

Orxan Cəfərzadə