• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 07.08.2018 15:13

Gəncədə kənd təsərrüfatı istehsalçıları vergi tutma, vergidən azad olma və güzəştlərlə bağlı məlumatlandırılıb

KepezTV Player

Vergi məcəlləsinə edilən dəyişilikliyinə görə 2019-cu ilin yanvar ayının 1-nə kimi müvafiq mənfət, sadələşmiş və digər torpaq vergisi istisna olmaqla  kənd təsərrüfatının bir başa istehsalçıları vergidən azaddır. Bundan başqa kənd təsərrüfatı məhsulunu istehsal edən şəxslər kənd təsərüfatı məhsulunun istehsalı yox emalı ilə məşğuldursa artıq bu vergi tutma obyekti yaranır. Bu fikirlər 12 saylı Ərazı Vergilər Departamenti də “Kənt təsərüfatında vergi tutma və azad olma” adlı  görüş də səsləndirilib. Gəncə şəhərindən, Daşkəsən, Göygöl, Goranboy, Naftalan və Samux rayonlarından olan kənd təsərrüfatı istehsalçılarının qatıldığı görüşdə ЯкорьЯкорьvergi tutma, vergidən azad olma və güzəştlərlə bağlı da ətraflı məlumatlar çatdırılıb. Əsas olaraq kənt təsərrüfatı istehsalıçısı anlayışı, qanunvericiliyin müvafiq tələbləri və qanunvericilik departamentin işçiləri tərəfindən izah edilib.

Adil Şükürov - 12 saylı Ərazı Vergilər Departamentinin Vergi Ödəyicilərinə xidmət şöbəsinin rəhbəri – “Biz bu gün ki, görüşdə kənt təsərüfatı istehsalçılarını həmçinin dövlət dəstəyi, dövlət proqramları barədə də məlumatlar verdik. Ümid edirik ki, kənt təsərüfatı daha da inkişaf edəcək və kənt təsərrüfatının təşviqinə qanunverciliklə müvafiq qanunlarla tənzimlənir.

Elnur Vahidoğlu