• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 07.08.2018 13:31

Saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək istəyən əcnəbilər saxlanılıb

KepezTV Player

Saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək istəyən əcnəbilər saxlanılıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə gələn Pakistan vətəndaşının sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb, laborator yoxlama zamanı pasportun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib. Bundan başqa, Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya vətəndaşı kimi təqdim edən şəxsin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxtalaşdırılması təsdiqini tapıb. Həmin şəxsin Pakistan vətəndaşı olduğu müəyyən edilib. Həmçinin Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 47 yaşlı Feruza Ulikovanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aydın olub. Daha bir fakt “Samur” buraxılış məntəqəsində aşkarlanıb. Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı Avezmurat Yegenmatovun sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub. Faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.