• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1631
— 06.08.2018 15:18

Gəncədə görkəmli bioloq alim Siddiqə Məmmədovanın adına laboratoriyanın açılışı olub

KepezTV Player

Əməkdar Elm Xadimi, Sidiqə Məmmədovanın vəfatının il dönümü münasibətilə uzun müddət rəhbəri olduğu Bitki Mühafizə və Texniki Bitkilərin Elmi Tədqiqat İnstitutunda akademikin dına laboratoriyanın açılışı olub. Anim tədbirində alimin Azərbaycan elminə bəxş etdiyi dəyərli elmi naliyyətlər və yüksək ixtisaslı kadrların hazırlanmasındakı rolundan danışılıb. Biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü Sidiqə Məmmədovanın həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş olunub. Akademikin ailə üzvüləri və davamçıları onun fəxri xiyabandakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Bəhrəm Xəlilov - akademikin oğlu:  Siddiqə xanımın qoyub getdiyi elmi işlər, vətənini dərindən sevməsi kimi xoş xatirələr rəhbərlik etdiyi institutda yaşayacaq və gənclər bunlardan bəhrələncəklər.

Fuad Əliyev - AMEA-nın Gəncə Bölməsinin rəhbəri: Siddiqə xanım Azərbaycanda biologiya və botanikanın yuaradıcılarından biridir. O 1925-ci ildə Naxçıvan şəhərində anadan olmasına baxmayaraq uşaqlıq və gənclik illərinin Gəncə şəhərində keçirib, həmçinin elmi fəaliyyətlədə burada məşğul olub. 60 ilə yaxın akademik Bitki Mühafizə və Texniki Bitkilərin Elmi Tədqiqat İnstitunda rəhbərlik edib. Burada böyük elmi kadrıları toplamağa nail olmuşdur.