KepezTV Player
Futbol üzrə Azərbaycan 1-ci divizionunda çıxış edəcəyi dəqiqləşən “Kəpəz” hazırlıq planı çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Gəncə klubu Tovuzda qərb bölgəsinin digər təmsilçisi “Turan Tovuz”un qonağı olub. Görüşə fəal başlayan sarı-göylər ilk yarıda penaltidən Fərid Məmmədovun, daha sonra isə Elgün Orucovun vurduğu qollarla fasiləyə 2:0 öndə yollanıblar. Ancaq “Kəpəz” bu hesabı sonadək qoruya bilməyib. İkinci hissədə tovuzlular buraxdığı hər iki topun əvəzini çıxaraq qarşılaşmanın 2:2 hesablı sülhlə bitməsinə nail olublar.
Orxan Cəfərzadə
- Baxış: 699