• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 06.08.2018 12:46

"UAZ" aşdı, bir nəfər öldü

KepezTV Player

İsmayıllı rayonunun İvanovka kəndində qəza qeydə alınıb. Kənd sakini Vasili Kazkovun idarə etdyi UAZ markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Sürücü və maşında olan sərnişinlər - İvanovka kənd sakinləri 46 yaşlı Olek Arlov, 45 yaşlı Viladimir Yemilankov və 28 yaşlı Viladimir Skokov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı rayon mərkəzi xəstəxanasına catdırılıblar. Viladimir Skokovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri qənaət bəxşdir.

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi olub. "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "Mercedes" markalı maşına çırpılıb. Zərbənin təsirindən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Faktlar araşdırılır.