• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 03.08.2018 12:38

Avtomobildə gömrükdən gizlədilən mobil telefonlar aşkar edildi

KepezTV Player

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Samur" gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Astra" markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ön şüşəsilənlərinin alt hissəsindəki boşluqda, qutuları və aksesuarları ilə birlikdə 2 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.