• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 03.08.2018 12:43

2,5 hektar ərazidə çətənə kolları aşkar edilib

KepezTV Player

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində 2,5 hektar ərazidə yabanı halda bitən ümumi çəkisi 875 kiloqram olan 1109 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Bitki yandırılma yolu ilə məhv olunub.