• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 03.08.2018 12:50

Kütləvi davada tərəfləri sakitləşdirən kişi ağır yaralandı

KepezTV Player

Bərdə rayonunda kütləvi dava baş verib. Hadisə nəticəsində rayon sakini, 35 yaşlı Elçin Məmmədov tərəfləri sakitləşdirmək istəyərkən ağır balta yarası alıb. O, baş, kürək nahiyəsinin çapılmış yarası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Tovuz rayonunda çobanlıq edən şəxs döyülərək xəstəxanalıq olub. Hadisə Göyəbaxan kəndində baş verib. Belə ki, həmin kənd ərazisində çobanlıqla məşğul olan, 56 yaşlı Şahvələd Hüseynov hələ ki, bilinməyən səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.Onun kim tərəfindən və hansı səbəbdən döyülməsi araşdırılır.