• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2420
— 03.08.2018 12:54

Qəzalarda ölən və xəsarət alanlar var

KepezTV Player

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə Udulu kəndində qeydə alınıb. Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 27 yaşlı Elçin Cəfərzadə, 24 yaşlı Elgün Tağıyev, 27 yaşlı Vüsal Yusifov və daha 1 nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. V.Yusifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb. Daha bir qəza Xaçmazda olub. Xaçmaz-Bakı yolunun Hülövlü kəndi ərazisində hərəkətdə olan avtomobilin dayanmış avtomobilə arxadan çırpılması nəticəsində 5 nəfər yaralanıb. Şabikə Niftiyeva, Sənəm Quliyeva, Xədicə Cavadova, Nadir Ağayev, Zemfira Həmidova Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab olunur. Paytaxtın Səbail rayonunda, Bayıl qəsəbəsində iki minik avtomobili toqquşub.Vüsal Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına "Daewoo" markalı avtomobil çıxıb. V.Əliyev bu səbəbdən əyləcdən istifadə edib. Lakin əyləc sistemi işləməyib. Nəticədə qəza baş verib. Hadisə zamanı "VAZ-2107"-də olan iki sərnişin və "Daewoo"-nun sürücüsü xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla əlaqədar əraziyə Səbail Rayon Yol Polis Şöbəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib. Avtotexniki ekspertiza təyin edilib.Kürdəmir rayonunda isə 25 yaşlı gənci avtomobil vurub. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 25 yaşlı Səlim Quliyevi həmkəndlisinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.