• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 02.08.2018 15:09

Nəqliyyatda qiymət artımı Gəncədə sərnişin sayına necə təsir edib? ​

KepezTV Player

Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqını avqustun 1-dən etibarən artırması Gəncədən digər şəhər və rayonlara üz tutan sərnişinlərin sayına təsir etməyib. Gəncə Beynəlxlaq Avtovağzalıda Bakı və digər istiqamətlər üzrə yeni qiymət çədvəli tərtib edilib. Hazırda sərnişinlər Gəncədən Bakıya getmək 6 manata yaxın deyil, 8 manat 40 qəpik pul ödəməlidirlər. Digər istqamətlər üzrə isə köhnə qiymətlər məsafəyə uyğun olaraq 50% qaldırılıb. Avtovağzaldan süni qiymət artımının qarşısının alınması üçün sahibkar və sürücülərə ciddi tapşırıqların verildiyi də bildirilib. Gəncə Dəmir Yol Vağzalında da gediş haqqının ölkədaxilində 10% artırıldığı və yeni qiymətlərə uyğun bilet satışının həyata keçirildiyi bilirilib.

Arif Zeynalov - Gəncə Beynəlxlaq Avtovağzalının dispetçeri: Mövcud qərarla bağlı sərnişinlərə və sürücülərə müraciət olunub ki, qiymət artımına yol verilməsin deyə biletlər yalnız kassadan alınsın. Gəncə-Bakı üzrə 1 gediş haqqı 8 manat 40 qəpik təşkil edir. Tarif Şurasının qərarına əsasən kilometrajdan asılı olaraq hər bir rayonun gediş haqqı artırılıbdır.

 

Xaliq Qurbanlı