• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 02.08.2018 14:37

Gəncədə hər il ənənəvi olaraq keçirilən futbol üzrə Sevinc kubokuna start verilib

KepezTV Player

Yeniyetmələr arasında təşkil edilən yarış 15 gün davam edəcək. Sevinc kubokunun ilk günü açılış mərasimi ilə yadda qalıb. Rəsmi hissədə çıxış edənlər mütəmadi olaraq hər il düzənlənən yarışın önəmindən danışaraq, bu turnirin yeniyetmələrin gələcək  karyerasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Bu cür birinciliklərin böyük futbola açılan qapı olduğu vurğulanıb. Açılış mərasimindən sonra mübarizələrə start verilib. Təxminən yarım ay davam edəcək Sevinc kubokunda 13 komanda iştirak edir. Yarış 2007-2008 və 2009-cu il təvəllüdlü yeniyetmələr arasında keçirilir. Şəhərin müxtəlif idman məktəblərini təmsil edən komandalar 2 yarımqrupda mübarizə aparır.

Müşfiq Cəfərov – Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: Dairəvi sistemlə keçirilən yarışda yarımqruplarda ilk iki yeri tutan kollektivlər növbəti mərhələyə vəsiqə qazanacaqlar. Yekunda isə mükafatçılar sırasında qərarlaşan komandalara medal, diplom, kubok, eləcə də həvəsləndirici hədiyyələr təqdim olunacaq.

 

Orxan Cəfərzadə