• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 781
— 02.08.2018 12:48

Qadının evindən və həyətindən narkotik tapıldı

KepezTV Player

Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini olan qadına məxsus evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə evdən ümumi çəkisi 405 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən hündürlüyü 180 sm olan 1 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.