• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 02.08.2018 12:44

Avtomobillər toqquşdu, xəsarət alanlar var

KepezTV Player

Yevlax rayonunda baş vermiş avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb. Daha bir yol-nəqliyyat hadisəsinin ünvanı Tovuzdur. Bu dəfə ər-arvad xəstəxanalıq olub.

Yevlaxda, Xaldan yolunda "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobil toqquşub. Nəticədə 34 yaşlı Rəvan Səmədov, 19 yaşlı Bəylər Mehdiyev və 21 yaşlı Rüfət Xalidli müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qovlar şəhərində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” və “VAZ-2121” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2107” də olan iki nəfər, Qovlar şəhər sakini, 67 yaşlı Nazim Şamilov və onun həyat yoldaşı 67 yaşlı Məzə Şamilova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Faktlarla bağlı araşdırmalar aparılır.